haberL haberR

Cənubi Koreya “hər ailəyə iki avtomobil” erasına qədəm qoyur

Kateqoriya: Həyat Yayımlama tarixi: 21.06.2016 12:36:32

Qeydiyyata alınmış şəxsi sərnişin nəqliyyat vasitələrinin sayı iyun ayında 20 milyona çatacaq

İslamazeri.az-ın "RİA" agentliyinə istinadən verdiyi xəbərə əsasən, Cənubi Koreyaya “hər ailəyə iki avtomobil” adlı eraya qədəm qoyur.

Burada qeydiyyata alınmış şəxsi sərnişin nəqliyyat vasitələrinin sayı, gözlənildiliyi ki, bu ay 20 milyonluq göstəricini keçəcək. Ölkənin torpaq, infrastruktur və nəqliyyət nazirliyinin yaydığı məlumata əsasən, 1970-ci ildə avtomobillərinin sayının cəmi 46 min olduğu Cənubi Koreyada avtomobillərin sayı durmadan artır. 2016-cı ilin aprel ayında təxminən 19,89 milyon, may ayında isə 19,96 milyon avtomobil qeydə alınıb, - Cənubi Koreyanın "Yonhapnews" agentliyi bildirir.

Agentliyin məlumatında qeyd edilir ki, qeydiyyata alınmış şəxsi sərnişin nəqliyyat vasitələrinin sayı  iyun ayında 20 milyona çatacaq. Ortalama, 4 nəfərdən ibarət hər ailənin 1,55 avtomobili var. Cənubi Koreyada yerli minik avtomobillərin sayı 16,1 milyon, xarici modellərin isə 1,5 milyondur.

Bununla yanaşı,  məlumata əsasən, ekspertlər nəhəng avtomobil axınlarına baş gələ bilmək üçün ölkədə infrastruktur dəyişikliyinin zəruriliyini qeyd edir.

“20 milyon avtomobil Cənubi Koreyanın hər ailəyə iki avtomobil erasına qədəm qoyduğu və sadə vətəndaşlar arasındaki maşın sayına görə inkişaf etmiş plkələr səviyyəsinə qalxdığı mənasını verir.”,  – deyə “Terim” universitetinin professoru Kim Pxil Su bildirib.

Onun fikrinə görə,  ekoliji təmiz, o cümlədən də elektrik mühərrikli avtomobillərin istehsalını artırmaq və yeni nəqliyyat sistemi və hərəkət təhlükəsizliyi normalarını yaratmaq lazımdır. Hazırda ölkə əhalisinin sayı 55,5 milyon nəfərdir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.