haberL haberR

Cənubi Koreya PUA-ya qarşı texnologiya hazırlayır

Kateqoriya: Hərbi Yayımlama tarixi: 07.04.2015 13:42:28

Cənubi Koreya mütəxəssisləri düşmənin pilotsuz uçan aparatlarına qarşı yeni texnologiya hazırlayaraq onlarla analoji qurğular vasitəsilə mübarizə aparmağı planlaşdırırlar

"Yaxın gələcəkdə pilotsuz uçan aparatlar pilotsuz uçan aparatlara qarşı vuruşacaq. Lakin bu yaxınlarda Ağ Evin yaxınlığında baş verən insidentdən məlum olduğu kimi, dronlar aşkar edildikdə belə onları saxlamaq çətindir. Onları güllə və ya raketlə vurub salmağa çalışmaq lazımdır, lakin idarə olunan silah üçün onlar çox kiçikdirlər. Bizim fikrimiz odur ki, onları digər pilotsuz uçan aparatlarla vurmaq lazımdır”, - Koreya Elmi-Tədqiqat İnstitutunun (KAIST) pilotsuz sistemlər üzrə qrupun rəhbəri Devid Sim deyib.  

İslamazeri.az-ın "ICTnews"-a istinadən verdiyi xəbərə görə,  layihənin son məqsədi lazım olduqda hücum əməliyyatlarını da yerinə yetirə bilən pilotsuz uçan aparatlar əleyhinə müdafiə kompleks sisteminin yaradılmasından ibarətdir. Son uçuş sınağında D.Sim düşmən dronlarının qoruduğu raket buraxılış qurğusunun aşkarlanması strategiyasını nümayiş etdirib.

Bildirilir ki, ilkin olaraq uçuşu kəşfiyyat pilotsuz uçan aparatları yerinə yetirir. Onlar işlərini başa çatdırdıqdan sonra havaya düşmən pilotsuz uçan aparatlarını aşkar edən bir neçə kiçik qırıcı dron qalxır. Bundan başqa, onlar partlayıcı daşıyan yerüstü robotu müşayiət edirlər. Bütün əməliyyatlar insanın iştirakı olmadan avtonom şəkildə həyata keçirilir

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.