haberL haberR

Cənubi Koreyada Korona virusuna yoluxanların sayı 150-yə çatıb

Kateqoriya: Səhiyyə Yayımlama tarixi: 15.06.2015 18:12:18

Təhlükəli virusa yoluxanların sayının artması Cənubi Koreya hökumətini ciddi narahat edib

İslamazeri.az-ın “yonhapnews”-a istinadən verdiyi xəbərə görə, Cənubi Koreyada "MERS" Korona virusuna yoluxanların sayı artır.

Belə ki, bu təhlükəli virusa yoluxan insanların sayı 150 nəfərə, ölən insanların sayı isə 16 nəfərə yüksəlib.

Qeyd edək ki, "MERS" Korona virusuna yoluxma sayına görə Cənubi Koreya Repsublikası Səudiyyə Ərəbistanından sonra ikinci yer tutur. Bir müddət öncə Dünya Səhiyyə Təşilatının ekspertləri bu xəstəliyi çox ağır adlandırıblar. "MERS" Korono virusuna yoluxanların 36 %-i bu xəstəlikdən həyatını itirir. İyun ayının 16-da Dünya Səhiyyə Təşkilatnın virusun yayılmasına nəzarətlə bağlı fövqəlada toplantı keçirəcək.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.