haberL haberR

Cənubi Koreyada MERS virusundan ölənlərin sayı artıb

Kateqoriya: Səhiyyə Yayımlama tarixi: 19.06.2015 12:50:12

MERS virusunun yayılmasına səbəb kimi yoluxan xəstələrin və həkimlərin xəstəxanalarda gördükləri təhlükəsizlik tədbirlərinin efektiv olmaması göstərilir

İslamazeri.az-ın “Ria”-ya istinadən verdiyi xəbərə görə, şərq respirator sindromu olan koronovirusu MERS-dən Cənubi Koreyada ölənlərin sayı 24 nəfərə yüksəlib. Virusa yoluxanların sayı isə  166 nəfərə yüksəlib. 6700 nəfər isə karantin  rejimində müalicəyə yazılıb.

Qeyd edək ki, MERS respirator korona virusu ilk vaxtlarda heç bir aşkar simptomları mövcud deyil. Virusu yoluxma riski daşıyanlar imun çatışmazlığı  olan insanlar, ağ ciyərin xroniki xətəliyindən əziyyət çəkənlər, şəkər və böyrək çatışmazlığından əziyyət çəkən insanlardır. Virusa qarşı peyvənd mövcud deyil.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.