haberL haberR

Cənubi Sudanda ara qarışdı: ölənlərin sayı 300-ə yaxınlaşır

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 10.07.2016 15:44:18

Cənubi Sudanda iqtidar tərəfdarları və müxaliflər arasındaki toqquşmalarda 300-ə yaxın insan ölüb

islamazeri.az-ın "Reuters" agentliyinə istinadən verdiyi xəbərə əsasən, Cənubi Sudanın paytaxtı Cuba şəhərində baş vermiş toqquşmalarda ölənlərin sayı 272 nəfərə çatıb. Daha əvvəl bildirilirdi ki, hökümət qoşunları ilə müxalifət arasında baş vermiş toqquşmalar nəticəsində 150 nəfər dünyasını dəyişib. Qeyd edilir ki, qurbanların sayı arta bilər. Səhiyyə nazirliyinə istinadən xəbər verən agentliyin məlumatına əsasən, ölənlər arasında 33 dinc sakin var.

Ötən cümə günü, Cənubi Sudan prezidenti Salva Kiir əhaliyə müraciət etmək istəyən zaman, onun iqamətgahı qarşısında atışma səsləri eşidilib. Bundan daha əvvəl müxalifət qüvvələrinin və hökümət qoşunlarının toqquşması baş vermişdi. Bundan əlavə, şahidlərin məlumatına əsasən, atışma  səsləri paytaxt Cubanın ətrafında ordu kazarmalarının yerləşdiyi Hudel və Cəbəl ərazilərindən gəlib.
 Xatırladaq ki, Cənubi Sudan 2011-ci ildən Sudandan ayrılıb. 2013-cü ilin dekabr ayında Cənubi Sudanın paytaxtı Cubada prezident Salva Kiir ölkədə dövlət çevrilişinə cəhd baş verdiyi haqda bildirəndən və bunun təşkil olunmasında vitse-prezident Riyek Məşəri ittiham etdikdən sonra silahlı toqquşmalar başlayıb.
2015-ci ilin avqust ayında tərəflər sülh əldə ediblər. Məşər, aprel ayının 26-sı Cubaya geri dönərək, sülh nizamlanması üzrə razılıq çərçivəsində ölkənin ilk vitse-prezidenti qismində and içib. Daha sonra ölkədə ümumi seçkilər keçirilənədək fəaliyyət göstərəcək keçid höküməti yaradılıb.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.