haberL haberR

“Cərimə 150 manat yox, 50 manatdır” - Açıqlama

Kateqoriya: Ölkə Yayımlama tarixi: 03.08.2016 12:37:19

"Hər ələ keçən və dəqiq olmayan məlumatları yaymayın".

Nəqliyyat və yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov avtomobillərdə mühərrikin işlənmiş qazlarının tərkibi normativə uyğun olmadığı halda ödəniləcək maliyyə sanksiyasının məbləğinə aydınlıq gətirib.
Modern.az-ın xəbərinə görə, ekspert deyib ki, avtomobillərindən normativdən artıq qaz çıxan nəqliyyat vasitələri 150 manat yox 50 manat cərimə olunacaqlar:
“DYP-nin "təmiz hava aylığı" üzrə tədbirləri barədə məlumat verənlərdən kimsə yazıb ki, bəs mühərrikin işlənmiş qazlarının tərkibi normativə uyğun olmazsa, bunun 150 manat cəriməsi var.
Son 2-3 gündə ən azı 20-30 nəfərin, o cümlədən KİV nümayəndələrinin bununla bağlı sualına cavab verməli olmuşam. Həmin nasazlığı aradan qaldırıla bilmədikdə xətanın cəriməsi 150 manat yox cəmi 50 manatdır.
Dostlar, xüsusən də jurnalistlər, hər ələ keçən və dəqiq olmayan məlumatları yaymayın. Camaat çaşır”.
Eskpert məsələ ilə bağlı İnzibati Xətalar Məcəlləsindəki maddəni də göstərib:
“İnzibati Xətalar Məcəlləsinin 342.5 maddəsi ilə Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşə yuyanları və ya təkərləri və şinləri və ya mühərriki yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə 50 (əlli) manat cərimə edilir”.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.