Çevriliş cəhdi ilə bağlı saxlanılmış mindən çox şübhəli azad edildi

İslamazeri.az-ın rus mediasına istinadən verdiyi xəbərə əsasən, Ankara prokuroru Harun Kodalak bildirib ki, çevrilişə cəhddən sonra saxlanılmış 1,2 min hərbi qulluqçu azad edilib.
Xatırladaq ki, iyul ayının 16-sə gecə saatlarında bir qrup üsyançı hərbi çevrilişə cəhd ediblər. Əsas qarşıdurmalar Ankara və İstanbulda baş verib. Ən son məlumatlara əsasən, 246 Türkiyə vətəndaşı həyatını itirib, 2 mindən çox insan yaralanıb, üsyan yatırılıb. Çevrilişə cəhdin araşdırılması zamanı hökümət 10,4 min nəfərin saxlanılmasını həyata keçirib. Ərdoğanın sözlərinə görə, 4 mindən çox insan həbs edilib, onların arasında 103 ordu generalı var.
AFP agentliyi qeyd edir ki, bütün azad edilənlər sıravi əsgərlərdirlər. Türkiyə paytaxtının prokuroru həmçinin qeyd edib ki, hakimiyyət saxlanılanlardan kimlərin insanlara atəş açdığını, kimlərinsə açmadığını aydınlaşdırmaq üçün işlər aparır.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.