haberL haberR

Çevriliş cəhdində əli olan bir sıra hərbçilərin axtarışı davam edir

Kateqoriya: Dünya Yayımlama tarixi: 18.07.2016 12:19:32

Türkiyənin müxtəlif şəhərlərində hakimiyyətin tutulması cəhdində əli olan bir neçə hərbçi və onların silahlarının axtarışı davam etməkdədir.

İslamazeri.az-ın Reuters agentliyinə istinadən verdiyi xəbərə əsasən, Türkiyə çevriliş cəhdində əli olan bir sıra yüksək rütbəli hərbçi ölkə xaricinə qaçıblar. Bunu Türkiyənin güc strukturlarının yüksək vəzifəli təmsilçisi bildirib.

Təhlükəsizlik xidmətindən bildiriblər ki, Türkiyənin müxtəlif şəhərlərində hakimiyyətin tutulması cəhdində əli olan bir neçə hərbçi və onların silahlarının axtarışı davam etməkdədir. Çevriliş cəhdinin yenidən baş tutması təhlükəsi yoxdur, güc strukturlarının yüksək rütbəli təmsilçisi əlavə edib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.