haberL haberR

Çexiyada "ərsiz ana olanlar" dövrü gəlir

Kateqoriya: Həyat Yayımlama tarixi: 09.07.2016 12:50:36

Çexiyada ata olmaq isətəyən kişilərn sayı 50 faizə yaxındır

İslamazeri.az NTV-yə istinadən verdiyi xəbərə görə, Praqanın əmək və sosial məsələlər üzrə institunun "Demoqrafiya" jurnalında dərc olunmuş araşdırmasında deyilir ki, 25-29 yaş aralığlnda olan kişilərin cəmi 57 faizi gələcəkdə övlad sahibi olmaq istəyirlər, qalan 43 faiz isə bunu planlaşdırmır.

"25-29 yaşa aralığında övlad sahibi olmayan gənc kişilərdən çoxu (43%) elə bu cür də qalmağı (övlad sahibi olmamağı) planlaşdırır." - araşdırmada deyilir.

Qeyd edilir ki, bu yaş aralığında olan kişilərin yalnız 57 %-i  gələcəkdə ata olmaq istərdilər. Özü də ki, ata olmaq istəməyən kişilərin azalmaq əvəzinə, çoxalmaqdadır. Qadınlar da isə göstərici fərqlidir, belə ki, qadınların təxminəm 75 faizi analıq xoşbəxtçiliyini yaşamaq istəyirlər.

Respublika statistika idarəsinin məlumatlarına əsasən, Çexiyada qadınlar ilk doğuşlarını təxminən 28 yaşlarında həyata keçirirlər, bu yaş göstəricisi isə daim yüksəlməkdədir. Kişilər isə 33 yaşdan sonra ata olurlar. Kişilərin təhsil səviyyəsi nə qədər aşağı olarsa, onların ata olmağı istəyi bir o qədər də aşağı olar.

Son illər çex qadınlar arasında süni mayalandırma daha da məşhurlaşır. Hazırki qanunlara əsasən, qadın bunun üçün tibb işçilərinə hər-hansısa bir kişinin razılığını təqdim etməlidir. Əmək və sosial məsələlər üzrə nazir Mixael Marksov ekspertlərin partnyorsuz yaşayan qadınların da süni mayalandırmadan istifafə etmələrinə icazə verilməsinə dair təklifini dəstəkləyir.

"Ana olmaq istəyən hər bir qadını dəstəkləmək lazımdır", - Marksov bildirib. O qeyd edir ki, hazırda Çexiyada çox az sayda uşaq dünyaya gəlir. Məsələn 2015-ci ildə respublikada ölənlərin sayı yeni doğulanların sayını ötmüşdü.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.