CHP-dən şok açıqlamalar: Türkiyədə 50 min terrorçu saxlanılır

İslamazeri.az-ın Türkiyənin "Yurt" qəzetinə istinadən verdiyi xəbərinə əsasən, CHP-nin sədr yardımcısı Şəfəq Pavey hökumətin Suriya üçün icra etdiyi planın bir parçası olaraq son 4 ildə Türkiyəyə gətirilən çoxu çeçen və liviyalı olan 50 mindən çox peşəkar terrorçu hazırda da bu ölkəyə yerləşdirildiyini açıqlayıb.
CHP sədr yardımcısı Şəfəq Pavey partiya üzvü olan millətvəkilləri ilə birlikdə Türkiyə Böyük Millər Məclisində mətbuat konfransı keçirib.
Türkiyənin böyük bir təhlükə altında qaldığını bildirən Pavey deyib: "Hökumət həqiqi hədəni, təhdidi vətəndaşlarını konstitusiya haqlarına əsasən nəzarət edəcəyi adı ilə həyatlarını cəhənnəmə çevirəcək təzyiq paketini təhlükəsizlik adı ilə təqdim etməkdədir. Digər tərəfdən beynəlxalq cəmiyyətin ən böyük xaosu, təhlükəsi olaraq qəbul edilən İŞİD və digər radikal təkfirçi canavarlarının yaratdığı təhlükəni gizlətməkdədir. Yaxın şərq tarixin qaranlıq dönəmlərindən birini keçirir. Türkiyə hökumətı bu qaranlığın bilavasitə planlayıcı və icraedici parçasıdır. İqtidarın Suriyada tətbiq etdiyi planın bir parçası olaraq son 4 il ərzində ölkəyə gətirilən çoxu çeçen və liviyalı olmaqla 50 min peşəkar terrorçu Türkiyəyə yerləşdirilib. Bunlar harada iqamət edirlər? Günlük ehtiyyacları üçün lazım olan maddi gəliri haradan əldə edirlər? Sadə vətəndaşlar üçün təhlükə olan bu terrorçular, AKP üçün nəyin zəmanətidir? İŞİD Kobanini tərk edəndə silah-sursatı və hərbi texnikanı Türkiyə kəşfiyyatı və ordusunun informasiyası dəstəyi və nəzarəti altında torpaqlarımıza gətirilmişdi. İŞİD hökumət tərəfindən necə belə rahat şəkildə dəstəklənə bilir. AKP terrorçuların silahlandırılmaları, yerləşdirilmələri, müalicə edilmələri, həqiqi qaçqınlar üçün nəzərdə tutulmuş humanitar yardımları və fondları terrorçulara ötürmələri ilə kifayətlənməyərək, hətta Türkiyə vətəndaşlarının da müharibəyə qatılmaları üçün şərait yaratıb. Bu ölkədə təhlükəsizliyi təmin edə biləcəksinizmi?"
İstanbul millət vəkili Əli Özgündüz də konfransda iştirak edib. O, belə deyib: "İŞİD adlı terror təşkilatı, hökumətin bəsləyib böyütdüyü terror təşkilatı Mosulu və oradakı konsulluğumuzu işğal etdikdən sonra terrorçuları təbrik edən Tariq Haşimi adlı biri var. Bu adam hələ də Türkiyədədir. Ölkəmizin VİP salonlarından istifadə edir. Dövlətin konfortlu qonaq evlərində qalır. Dövlətin polisi tərəfindən qorunur. Bu adam ilə hökumətin hansı formada əlaqələri var?".
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.