haberL haberR

Çin “iPhone” satışına görə lider oldu

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 10.01.2015 13:11:34

“iPhone 6” və “iPhone 6 Plus” modellərinin çıxarılması sayəsində “iPhone”un satış həcminə görə Çin ilk dəfə dünyanın ən böyük bazarı olan ABŞ-ı ötüb

Analitiklərin məlumatına görə, ötən ilin dördüncü rübündə “Apple”ın tədarük edilmiş smartfonlarının 35 faizi Çin bazarının payına düşüb, halbuki ABŞ üçün bu göstərici 24 faiz təşkil edib.

İslamazeri.az  "ICTnews"-a istinadən xəbər verir ki, ekspertlərin qiymətləndirməsinə görə, ötən ilin son rübündə “Apple”  69,3 milyon smartfon satıb ki, bu da rekord göstəricidir. Hələ payızda “alma” şirkətinin direktoru Tim Kuk bildirmişdi ki, çox güman ki, zamanla Çin “Apple”ın ən böyük gəlir mənbələrindən biri olacaq.

Ötən ilin noyabrına olan məlumata görə, “Samsung” Çində ən nüfuzlu mobil brendlərin reytinqində aparıcı mövqeyini “Apple” şirkətinə verib. Cənubi Koreya şirkəti 2012-ci ildən reytinqdə liderlik edib. 2014-cü ildə amerikalılar Çində istehlakçıların brendə loyallığını yüksəltməyə nail olub.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.