haberL haberR

Çin Suriyaya tibbi avadanlıq və dərmanlar göndərib

Kateqoriya: Dünya Yayımlama tarixi: 25.08.2016 16:48:58

Çin tibbi personalın hazırlanmasında da Suriyaya yardım edir.

İslamazeri.az-ın rus mediasına istinadən verdiyi xəbərə əsasən, Çin Xalq Respublikasının müdafiə təsisatının rəsmi təmsilçisi U Tsyan bugünkü brifinqdə bildirib ki, Çin Suriya hərbçilərinə tibbi aparatura və dərmanlar təqdim edir.

Daha əvvəl Suriya müdafiə naziri Fahed Casem əl-Frec avqust ayında Çin hərbçilərinin başda ÇXR-ın Mərkəzi Hərbi Şurasının Beynəlxalq Hərbi Əməkdaşlıq üzrə Kanselyariyasının başçısı kontr-admiral Huan Yufeyem olmaqla nümayəndə heyəti görüş keçirib. Qeyd edilirdi ki, tərəflər həmçinin Çin hərbçilərinin Suriya tərəfinə humanitar yardımın təqdim edilməsi məsələləri üzrə və personalın hazırlanması üzrə də konsensus* əldə ediblər.

“İki ölkə hərbçilərinin razılıqlarına əsasən, Çin Suriya tərəfinə humanitar yardım kimi tibbi avadanlıq və dərmanlar təqdim edir. Bu əsasən, ölkədəki humanitar böhranı yumşaltmaq üçün edilir.”, - deyə U Tsyan deyib.

O əlavə edib ki, Çin tibbi personalın hazırlanmasında da Suriyaya yardım edir.

* Konsensus (lat. consensus razılıq, ümumi rəy deməkdir) — beynəlxalq konfranslarda, müşavirələrdə və təşkilatlarda qərarın və ya müqavilənin mətninin iştirakçıların ümumi razılığı ilə formal səs vermə keçirilmədən razılğa gəlməsi. Məsələn Avropada Təhlükəsizlik və əməkdaşlığa dair müşavirənin (1975) yekun aktı konsensus ilə qəbul olunmuşdir. Konsensus dövlətlər arasında razılığın əldə edilməsində böyük rol oynayır. (https://az.wikipedia.org/wiki/Konsensus)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.