haberL haberR

Çində “gələcəyin nəqliyyatını” sınaqdan keçirdilər (Foto-Video)

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 03.08.2016 13:03:45

"TEB-1" avtobusuna 300-ə qədər sərnişin yerləşir.

İslamazeri.az-ın RT-yə istinadən verdiyi xəbərə əsasən, Çində portal və ya yerüstü avtobus “TEB-1”-in (Transit Elevated Bus) sınağı keçirilib. Bu avtobusun konstruksiyası onun altından digər avtonəqliyyat vasitələrinin keçməsinə imkan verir.

Bildirilir ki, “gələcəyin nəqliyyatının” sınağı Xebey əyalətinin Tsixuandao şəhərində baş tutub. Avtobusun uzunluğu 22 metr, eni 7,8 metr və hündürlüyü isə 4,8 metr təşkil edir.

Avtobus iki kənarlarda yerləşən iki istinadgahın (dayağın, dirəyin) üzərində hərəkət edəcək şəkildə düzəldilib. Dayaqlar üçün yolda xüsusi relslər quraşdırılıb. Avtobusun eni onun altından  iki xətt üzrə avtomobillərin keçməsinə imkan verirb, bununla da o yollarda tıxac yaratmır.

Qeyd edilir ki, "TEB-1" avtobusuna 300-ə qədər sərnişin yerləşir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.