haberL haberR

Çində “Nida” qasırğasından təxminən 450 min insan ziyan görüb

Kateqoriya: Dünya Yayımlama tarixi: 03.08.2016 18:28:40

Dəymiş iqtisadi zərərin həcmi 510 milyon yuan (76,9 milyon dollar) olaraq dəyərləndirilir.

İslamazeri.az-ın rus mediasına istinadən verdiyi xəbərə əsasən, Çin Vətəndaş Administrasiyası Nazirliyi bildirib ki, Çində ölkənin cənub rayonlarına çərşənbə axşamı gecəsi üz verən güclü “Nida” qasırğası nəticəsində ümumilikdə 450 min nəfər insan xəsarət alıb.

“Nida” qasırğası saat 03:35-də Quandun əyalətindəki Şençjen sahilboyuna çatıb. Siklon özü ilə güclü yağışlar və şiddətli küləklər gətirib.

Hökumətin məlumatına əsasən, 5 əyalətdəki, Quandun, Quansi, Xunan, Quyçjou və Yunyan, fəlakət zonasına 495 min insan düşüb. Təbii hadisə hökuməti 37 min nəfəri evakuasiya etməyə məcbur edib. Daha 2100 nəfər insan isə təcili humanitar yardıma möhtacdır.

Qasırğa 300 yaşayış evini dağıdıb. Daha 2400 bina müxtəlif zədələr alıb. Zərər görmüş kənd təsərrüfatı yerlərinin sahəsi təxminən 19600 hektar təşkil edib. Dəymiş iqtisadi zərərin həcmi 510 milyon yuan (76,9 milyon dollar) olaraq dəyərləndirilir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.