haberL haberR

Çövşən üzrə çempionatın yarımfinalçıları məlum oldu

Kateqoriya: İdman Yayımlama tarixi: 21.10.2015 17:09:04

Turnirin yarımfinal mərhələsində çıxış edəcək komandalar məlum olub

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində çövkən atüstü milli oyunu üzrə 4-cü Azərbaycan çempionatı sona yaxınlaşır.

Federasiyadan verilən məlumata görə, turnirin yarımfinal mərhələsində çıxış edəcək komandalar məlum olub. Nəticələr belədir:

¼ final:

"Ağcabədi" – "Sərhədçi" 0-7
"Laçın" – "Ağstafa" 0-1
"Köhlən" – "Qarabağ" Ağdam 0-4
"Polad" – "Şəki" +/-

Yarımfinal:

"Qarabağ" Ağdam - "Polad"
"Sərhədçi" – "Ağstafa"

Qeyd edək ki, oktyabrın 22-də Binə Atçılıq Mərkəzinin qapalı manejində keçiriləcək yarımfinal mərhələsi saat 10:00-da, oktyabrın 24-də keçiriləcək çempionatın final oyunu isə saat 16:00-da başlayacaq. (Trend)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.