haberL haberR

Cübbəli Əhməd: Ən qorxunc olanı Şiə təhlükəsidir

Kateqoriya: Dünya Yayımlama tarixi: 24.12.2014 16:34:55 45348 dəfə oxunub.

Cübbəlinin Şiə "sevgisi" bitmək bilmir

İslamazeri.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Cübbəli Əhmədin yeni tiraja buraxdığı "Vəhdət" qəzetinin bir köşəsində, Türkiyəni gözləyən təhlükədən söz açarkən, "ən qorxuncu Şiə təhlükəsidir" deyə  bildirib.

Məqalədə belə qeyd olunub: "...hətta ən təhlükəli olanı. Çünki səbəbi çoxdur. Vəhhabidə bu qədər deyil, Loyal dəstə də həmçinin. Bunlar bir-birilərini aldadırlar.  Şiənin təhlükəsinə isə asanlıqla çarə tapılan deyil. Çünki, Halkalının (red: Türkiyədə şiələrin sıx yaşadığı yer) ortasında "Biz Cəfəriyik" deməklə on minlərlə insan bir araya gəlir. Belə şeymi olar?!

Bir də, Türkiyədə 12 imam, Əhli-Beyt məktəbini sevən çox insan var. Bunların çoxu məsələnin həqiqətini bilməz.  Haşa Yəzidi mən də söyürəm, ona sözüm yoxdur.  Amma səhabələrinin namusunu qorumaq məcburiyyətindəyəm. Din bizə səhabədən gəldi."

Xatırladaq ki, Cübbəli İstanbulda bir təriqətin lideri sayılır, özünü sünni saysada bəzi fikirləri sünniliklə düz gəlmir. Bir müddət əvvəl onun əxalqsız yuvasında qadınla gizli videosu da yayılmışdı. "Gazeta Vatan" hətta bir xəbərində Cübbəlinin 300-ə yaxın bu cür videosunun olduğunu yazmışdı.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.