haberL haberR

Cüdoçularımız Afrika kuboku yarışları ilə mövsümə start verəcəklər

Kateqoriya: İdman Yayımlama tarixi: 08.01.2016 13:53:09

Cüdo üzrə Azərbaycan milli komandası beynəlxalq mövsümə yanvarın 16-da Tunisdə keçiriləcək Afrika kuboku yarışlarında iştirak etməklə start verəcək

Azərbaycan Cüdo Federasiyasına istinadla xəbər verir ki, turnirə yollanacaq heyətdə Vüqar Şirinli, Davud Məmmədov (hər ikisi 60 kq), Telman Vəliyev, İlkin Babazadə (hər ikisi 66 kq), Fəqan Quluzadə, Vüqar Bayramov (hər ikisi 73 kq), Ziya Namazov (81 kq), Tural Safquliyev (90 kq), Cəlil Şükürov və Firudin Dadaşev (hər ikisi 100 kq) yer alıblar.

Qadınlardan ibarət komandada isə Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Səkinə Zairova (52 kq) və Xanım Hüseynova (63 kq) birincilik uğrunda mübarizə aparacaq.

Reytinq xarakterli yarışa 53 ölkədən 343 cüdoçu qatılacaq. (AZƏRTAC)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.