haberL haberR

Dağıstanda məktəb direktoru naməlum şəxslər tərəfindən qətlə yetirildi

Kateqoriya: Region Yayımlama tarixi: 10.07.2016 12:49:50

Dağıstanda naməlum şəxslər 3 nəfəri qətlə yetiriblər

İslamazeri.az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə əsasən, qonşu Dağıstanda naməlu şəxslər məktəb direktorunu öldürüblər. Respublika hüquq-mühafizə orqanlarından bildiriblər.

“Naməlum şəxslər Dağıstanın Karabudaxkənt rayonun Qubdən kəndinin orta məktəbinin direktoruna bir neçə bıçaq xəsarəti yetiriblər.”, – deyə bildirilir.

Hadisəni Dağıstan DİN-də də tədiqləyiblər, lakin baş vermiş cinayətin təfərrüatları, həmçinin öldürülən şəxsin adı haqda əlavə məlumat verilməyib.

Qeyd edək ki, gecə saatlarında direktor öldürülən ərazidən 20 km aralı iki gənc naməlum şəxslər tərəfindən qətlə yetirilmiş, avtomobili qaçırılmışdı.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.