haberL haberR

Dağıstanda naməlum şəxslər polisləri atəşə tutublar

Kateqoriya: Dünya Yayımlama tarixi: 02.09.2016 11:46:38

Onlar polis əməkdaşlarını atəşə tutduqdan sonra hadisə yerindən uzaqlaşıblar.

İslamazeri.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə əsasən, Rusiya Federasiyası, Dağıstan Respublikasının güc strukturlarındakı mənbədən bildiriblər ki, naməlum şəxslər Dağıstanın İzberbaş şəhərində polis əməkdaşlarını atəşə tutublar.

"Naməlum şəxslər "Hyundai" markalı avtomobildən polis əməkdaşlarını atəşə tutublar və hadisə yerindən uzaqlaşıblar. Polislər xəsarət almayıblar. Daha sonra canilərin maşını aşkar edilib. Cinayətkarların axtarışı gedir.", - deyə mənbədən bildiriblər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.