haberL haberR

Dağıstanda "Qafqaz Əmirliyi"nin iki lideri öldürülüb

Kateqoriya: Region Yayımlama tarixi: 20.04.2015 15:55:52

"Qafqaz Əmirliyi"nin iki lideri Rusiya hüquq-mühafizə orqanlarının əməliyyatı zamanı zərərsizləşdirilib

İslamazeri.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, Dağıstanın Buynaks şəhərində "Qafqaz Əmirliyi"nin lideri, "Əbu Muhəmməd Dağıstani" ləqəbli Əliəshab Kebekov və Unsukul rayonunun "əmiri" və "Şamil Balaxanski" ləqəbli  Həsənov Şamil Rusiya hüquq-mühafizə orqanlarının əməliyyatı zamanı zərərsizləşdirilib.

Əliəshab Kebekov Doku Umarovdan sonra "Qafqaz Əmirliyi" adlı terrorçu qruplaşmanın rəhbərliyinə seçilmişdi.

Verilən məlumata görə, bir neçə gün əvvəl həyata keçirilən əməliyyat-axtarış zamanı Kebekov və Həsənovdan başqa daha bir  terrorçu da öldürülüb.

Kebekovun İŞİD-ə qarşı olması "Əl-Qaidə"yə bağlılığı ilə tanınırdı.

Qeyd edək ki, ötən ilin axırlarında Şimali Qafqaz əsilli terrorçuların bir hissəsi İŞİD lideri Bağdadiyə beyət etmələrini açıqlamışdılar. 

Bu haqda...

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.