haberL haberR
Bu gün Goranboy və Cəlilabad rayonlarının daha üç kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilib.

İslamazeri.az Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, tədbirlərdə rayon icra hakimiyyətləri və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Goranboy rayonunda keçirilmiş tədbirdə bildirilib ki, ümumilikdə 337 abonenti olan Xınalı və Qaradağlı kəndlərinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 29 628 metr uzunluğunda daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Cəlilabad rayonunun 19 abonentlik Məşədivəlli kəndinə ilk dəfə təbii qaz verilməsi ilə əlaqədar baş tutan mərasimdə vuğulanıb ki, qazlaşdırma işləri zamanı birpilləli sistem əsasında 1264 metr uzunluğunda metal borularla qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.