haberL haberR

Daha bir marketə iş qaldırıldı

Kateqoriya: Region Yayımlama tarixi: 06.03.2015 17:22:27

“Ballı” marketdə əsassız qiymət artımının qarşısı alınıb

İqtisadiyyat və Sənaye Nazirliyindən islamazeri.az-a verilən məlumata görə, İstehlak bazarında süni qıtlıq yaradılması, eləcə də əsassız qiymət artımı, istehlakçıların qiymətdə və çəkidə aldadılmasının qarşısının alınması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən nəzarət tədbirləri davam etdirilir.

Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Bazar küçəsi, mənzil  ünvanında Emil Məmmədova məxsus “Ballı” marketdə aparılan yoxlama zamanı satışda olan malların yarlığında göstərilən qiymətlərlə, həmin malların nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərqlərin olduğu, bununla da əsassız qiymət artımına yol verilməklə istehlakçıların qiymətdə aldadıldığı aşkar

edilmişdir. 

Qanun pozuntusuna yol vermiş şəxs barədə müvafiq tədbirlər görülür.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.