haberL haberR

Daha bir qəsəbənin içməli su problemi həll olunub

Kateqoriya: Ölkə Yayımlama tarixi: 09.06.2016 16:58:31

1,6 km uzunluğunda magistral su xətti çəkilib.

İçməli su problemindən əziyyət çəkən Abşeron rayonunun Çaylı qəsəbəsinin su təchizatının yaxşılaşdırılması məqsədi ilə yeni magistral su xəttinin tikintisi yekunlaşıb.

Bu barədə “Azərsu” ASC-dən bildirilib.

Qurumdan verilən məlumata görə, layihənin birinci mərhələsində Abşeron rayonunun Pirəküşkül qəsəbəsi və məcburi köçkün yaşayış massivinin içməli su təchizatı yaxşılaşdırılıb.

“Həmin yaşayış məntəqələrini içməli su ilə təmin etmək üçün + 145 Müşfiqabad su anbarından 10,2 km uzunluğunda magistral su xətti çəkilib.

Magistral xətt həmin yaşayış məntəqələrinin mövcud şəbəkələrinə qoşulmuş və suyun verilməsi təmin olunub.

Növbəti mərhələdə Çaylı qəsəbəsinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə qəsəbəni su ilə təmin edən və uzun müddət istismar olunaraq yararsız vəziyyətə düşmüş magistral su xəttinin dəyişdirilməsi qərara alınıb.

Bu məqsədlə 225 mm diametrli borularla 1,6 km uzunluğunda magistral su xətti çəkilib”, -deyə qurumdan qeyd edilib.

ASC-dən bildirilib ki, hazırda yeni çəkilmiş magistral su xəttinin mövcud su təchizatı sistemlərinə birləşdirilməsi işləri aparılır.

“Magistral xətdən suyun verilməsi ilə 1600-dək sakini olan Çaylı qəsəbəsinin içməli su təchizatı yaxşılaşacaq”, - deyə qurumdan qeyd edilib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.