haberL haberR

Daha bir qruplaşma terror təşkilatları siyahısına salındı

Kateqoriya: Dünya Yayımlama tarixi: 11.09.2015 13:13:23

Filippində fəaliyyət göstərən qruplaşma terror təşkilatı elan edilib

İslamazeri.az xəbər verir ki, Filippində fəaliyyət göstərən "Əl-Qaidə" terror təşkilatına bağlı "Əbu Səyyaf" təşkilatı məhkəmə tərəfindən terror təşkilatı elan edilib.

Filippin qanunlarında yer alsa da, çox tez-tez istifadə olunmayan terrorla mübarizə qanunu çərçivəsində qəbul edilən qərarla "Əbu Səyyaf" təşkilatı terrorçu qruplaşmalar siyahısına daxil edilib. Məhkəmənin qərarı ilə təşkilat üzvləri haqqında qanuni əməliyyatlar həyata keçiriləcək və onların dəstəkçiləri də təzyiqlərə məruz qalacaq. 

Filippində "Əbu Səyyaf"ın təlim düşərgəsi 1990-cı illərdə Usamə Ben Ladenin maliyyəsi ilə qurulmuşdu və hazırda aktiv olaraq fəaliyyət göstərir. “Əbu-Səyyaf”ın ilk səs-küylü əməliyyatı 1995-ci il aprelin Mildanaonun İpil qəsəbəsinə etdiyi basqın olub. 2000-ci ilin aprelində, təşkilata bağlı bir qrup Malayziyada 10-u turist olmaqla, 21 nəfəri oğurlayıb. Təşkilat üzvləri 27 may 2001-ci ildə 3 ABŞ vətəndaşı və 17 filippinlini qaçırıb. Təşkilatın üzvlərinin sayı 500 nəfərdən azdır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.