haberL haberR

Daha bir qurum Mərkəzi Bankın nəzarətindən çıxdı

Kateqoriya: İqtisadiyyat Yayımlama tarixi: 04.04.2016 16:31:11

Paralel olaraq MKRX-in əməkdaşları da MBNP-da işlə təmin ediləcəklər

Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin (MKRX) səlahiyyətləri Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) keçib. Bu barədə fins.az-a AMB-dən məlumat verilib.

Məlumata görə, hazırda kredit tarixçələri ilə bağlı məlumat bazasının yeni palataya ötürülməsi üçün texniki işlər görülür. Paralel olaraq MKRX-in əməkdaşları da MBNP-da işlə təmin ediləcəklər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.