haberL haberR

Daha bir təqlid mərcəsindən Şeyx İsa Qasimə dəstək

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 26.06.2016 14:01:44

İraqın daha bir nüfuzlu təqlid mərcəsi, İsa Qasimlə telefon bağlantısı yaradıb

İslamazeri.az-ın verdiyi xəbərə əsasən, Ayətullah Muhəmməd Səid Həkimin ofisinin verdiyi məlumata görə, təqlid mərcəsi cümə günü Ayətullah İsa Qasimlə telefon vasitəsi ilə danışıb.

Ölkədə olan böhranı layiqincə idarə etdiyinə görə Şeyx İsa Qasimə təşəkkürünü bildirən Ayətullah Həkim, Allaha təvəkküllə bu məsələni sonlandıracaqlarına inandığını və xalq üçün ən xeyirli formada bitəcəyini bildirib.

Bundan əlavə, Ayətullah Həkimin oğlu da BMT baş katibi Ban Ki Munla telefon bağlantısı yaradaraq, Nəcəf mərcəiyyətinin, İsa Qasimlə bağlı Bəhreyn rejiminin atdığı son addımlara görə narahatçılıqlarını dilə gətirib.

 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.