Daha çox pul qazanmaq üçün Dubay spirtli içkinin satışına Ramazanda da icazə verdi

İslamazeri.az-ın “lenta.ru” saytına istinadən verdiyi xəbərə əsasən, Ramazan ayını əhatə edən müddətdə spirtli içkilərin satışı bir neçə saatlıq qadağa ilə məhdudlaşdırılmayacaq.
Dubay turizm departamentindən bildiriblər ki, qərar səyahətçilərin (turistlərin) yüksək səviyyədə qulluq edilməsini və şəhərin dünya səviyyəli turistik imicini saxlamağın zəruriliyindən qəbul edilib. Eyni zamanda müəssisədən, qonaqları Ramazan ayında əmirliyin “mədəni xüsusiyyətləri” haqda unutmamağa səsləyiblər.
Spirtli içkilərin satılmasına dair qanunda dəyişikliklər barədəki qərar, həmçinin əlavə gəlirin əldə olunması istəyi ilə də bağlıdır. Belə ki, hər bir pivə bakalı əmirliyin xəzinəsinə 30 sent pul gətirir.
Daha əvvəl Ramazan ayında spirtli içkinin satışını yalnız otellərdə və yalnız axşam saat 6-dan sonra icazə verilirdi.
Qanunların yumşaldımasına baxmayaraq, Dubayın spirtli içki və sərxoşluğa dair qanunları sərt olaraq qalmaqdadır. Məsələn, sərxoş haldaq ictimai yerdə olmaq cinayət hesab edilir. Məstedici içkinin küçədə vəya çimərlikdə içilməsi də həmçinin qanun pozuntusu hesab edilir.
Xatırladaq ki, spirtli içkini Dubayda yalnız yaşı 21-dən yuxarı olan qeyri-müsəlman turistlər ala bilərlər. Qeyri-müsəlman turistlər aldıqları içkiləri yalnız turistlər üçün xüsusi ayrılmış yerlərdə - mehmanxana və barlarda içə bilərlər.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.