haberL haberR

Daha üç təqlid müctehidi sünnilər əleyhinə çəkilən filmə etiraz etdi

Kateqoriya: İslam Yayımlama tarixi: 05.07.2016 15:29:03

Daha üç təqlid mərcəsi, sünnülər əleyhinə hazırlanan filmə etiraz ediblər

İslamazeri.az-ın verdiyi xəbərə əsasən, İngiltərədən yayımlanan telekanalların sünnülər əleyhinə hazırladığı “Əzab günü” filminə,  şiə alimlərinin etiraz etməsi davam edir.

Ayətullah Nuri Həmədani bu barədə bildirib: “Mən bu növ fəaliyyətlərə qarşıyam və islamın xeyrinə görmürəm. Bu filmə hər növ dəstək verməyi və izləməyi şəri olaraq haram hesab edirəm.”

Düşmənin hiylələrinə toxunan Ayətullah Cəfər Subhani isə  “Düşmənin fitnələri səbəbilə bu gün, müsəlmanlar müsəlmanların əli ilə öldürülür. Milyonlarla iraqlı və suriyalı məcburi köçkün həyatı yaşayırlar. Bu şəraitdə bu cür filmin hazırlanması ağıldan və təqvadan uzaq bir addımdır. Filmin hazırlanması haram, ona dəstək verənlər günahkardırlar.”, -deyə qeyd edib.

Müəslmanların islamın xeyrinə addım atmalarının zəruriliyini bildirən Ayətullah Safi Gülpayqani deyib: “Müsəlmanlar zaman və məkanın ehtiyaclarını nəzərə almalıdırlar. Həmçinin islam və məzhəblərinə ehtiramsızlıqdan və şiələrin şəhid olmasına səbəb olan işlərdən uzaq olmalıdırlar. Bu səbəbdən möminlər bu cür filmlərin düzəldilməsi kimi fəaliyyətlərdən uzaq olmalıdırlar.”

Qeyd edək ki, bir müddət öncə bu filmlə bağlı təqlid mərcəsi Ayətullah Məkarim Şirazi də öz etirazını bildirmişdi ətraflı.

 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.