haberL haberR

Danimarkada ilk "qadın məscidi" açılıb

Kateqoriya: Dünya Yayımlama tarixi: 30.08.2016 18:47:00

"Müsəlman və qeyri-müsəlman xanımlar yan-yana ibadət edirdilər. Mən belə bir şeyi ilk dəfə idi ki, müşahidə edirdim."

İslamazeri.az-ın "islam-today"-ə istinadən verdiyi xəbər əsasən, bu günlərdə Danimarkanın paytaxtı Kopenhagendə "Məryəm" adlı ilk "qadın məscidi" açılıb.

Bu müsəlman məbədinin xüsusiyyəti ondan ibarətdir ki, oranın işçiləri (idarə edənləri) qadınlardır: Şirin Xanxan və Salihə Mari Fəttəh.

Müsəlman xanımlar cümə namazına başçılıq ediblər. Qeyd edək ki, namazda müsəlman xanımlarla yanaşı, digər dinlərin təmsilçiləri də iştirak ediblər. Ümumilikdə ibadətdə iştirak edənlərin sayı təxminən 60 nəfər olub.

"Müsəlman və qeyri-müsəlman xanımlar yan-yana ibadət edirdilər. Mən belə bir şeyi ilk dəfə idi ki, müşahidə edirdim.", – namazdan sonra Şirin Xanxan bildirib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.