haberL haberR

Danimarkada polisə edilmiş hücumun arxasında İŞİD durur

Kateqoriya: Dünya Yayımlama tarixi: 03.09.2016 12:26:26

Hadisə Danimarkanın paytaxtı Kopenhagendə baş verib.

İslamazeri.az-ın AFP-yə istinadən verdiyi xəbərə əsasən, Danimarkanın paytaxtı Kopenhagen şəhərində keçirilmiş anti-narkotik reydi zamanı polislərə atəş açmış danimarkalı İŞİD terror təşkilatının üzvü olub. Bu barədə terrorçulara yaxın "Amaq" agentliyindən bildiriblər.

Cümə axşamı günü gecə saatlarında polislə 25 yaşlı kişi arasındakı atışmadan sonra Kopenhagenin qismən özünüidarə hüququ olan Xristianiya rayonundakı vəziyyət KİV-lərin diqqət mərkəzindədir. Terrorçu hüquq-mühafizə orqanlarında Kopenhagendə bir sıra narkotik-cinayətlərində əlinin olması ilə tanınır. Atışma polis onu tutmaq istəyən zaman baş verib.

"Kopenhagendə polislərə hücum etmiş şəxs "İŞİD"-in əsgəri olub.", - deyə bildirilir.

Polislərdən biri başından yaralanıb. Onun vəziyyəti ağır olaraq dəyərləndirilir. Digər polis isə ayağından yaralanıb. Bildirilir ki, atışma zamanı təsadüfi yoldan keçən şəxs də xəsarət alıb. Cümə axşamı günü səhər saatlarında Kopenhagen polisi bildirib ki, şübhəli şəxs ağır yaralarla tutulub. Cümə günü məlum olub ki, o ölüb.

Hadisə Kopenhagen və İsveçin Malmö şəhəri arasındakı  dəmiryolunda gediş-gəlişin dayanmasına səbəb olub. Bundan əlavə İsveç polisi Danimarka ilə sərhəddə nəzarəti gücləndirib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.