haberL haberR

Daşnaqlar ABŞ-da Türkiyədən 6 bölgəni, Azərbaycandan Naxçıvanı tələb etdi

Kateqoriya: Region Yayımlama tarixi: 01.11.2014 14:34:28 3464 dəfə oxunub.

Ermənilərdən Türkiyə və Azərbaycana torpaqlarına yeni iddia

İslamazeri.az-ın verdiyi xəbərə görə, işğalçı Ermənistan beynəlxalq aləmdə yenidən torpaq iddiaları ilə gündəmə gəliblər.

Belə ki, Ermənistanın “Daşnaq” partiyası ABŞ-ın Montobello şəhərində keçirilən yığıncaqda qondarma erməni soyqırımın 100-cü ildönümü ərəfəsində Türkiyənin bir neçə bölgəsini Ermənistana birləşdirilməsini istəyib.

Partiya Türkiyənin Van, Bitlis, Ərzurum, Trabzon, Qars və Ardahan əyalətlərinin Ermənistana verilməsilə keçmişdən qalmış bütün problemlərin həll olacağını bildirib.
“Daşnaq” partiyasının Qərbi Amerika bürosunun 49-cü bölgə konqresində bu fikirlər müzakirəyə çıxarılaraq səsvermə ilə qəbul edilib.

Ermənilər təkcə Türkiyənin ərazilərinə tamah salmayıb, həmçinin Naxçıvanın da Azərbaycandan alınıb Ermənistana birləşdirilməsini tələb ediblər.
Yığıncaqda kürdlərə dəstək mövzusu da müzakirə olunub.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.