haberL haberR

Daxili İşlər Nazirliyi: "56 ev yanıb"

Kateqoriya: Hadisə Yayımlama tarixi: 11.04.2015 15:47:09

Xətai rayonunun Zığ yolunda yerləşən maşın qayırma zavoduna məxsus 9 mərtəbəli binada yanğın baş verib

İslamazeri.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, aprelin 10-da saat 19 radələrində Xətai rayonunun Zığ yolunda yerləşən maşın qayırma zavoduna məxsus 9 mərtəbəli 105 mənzilli yataqxananın 2000 kvm. fasad örtüyündə və 56 mənzilində yanğın baş verib. 

Xəsarət alan olmayıb, binanın fasad örtüyü və 56 mənzilin yanar konstruksiyaları qismən yanıb.

Yanğın saat 21 radələrində söndürülüb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.