Dayanacaqlarda “Wi-Fi” quraşdırılacaq

“Hesab edirəm ki, mart ayının sonuna qədər avtobuslarda ödənişlərin kart vasitəsilə edilməsi üçün bütün işlər yekunlaşacaq”.
İslamazeri.az xəbər verir ki, bunu Nəqliyyat Nazirliyinin katiblik rəisi Namiq Həsənov ictnews.az-a ictimai nəqliyyatda nağd ödəniş sisteminin nə vaxt ləğv ediləcəyinə aydınlıq gətirərkən deyib.
Dayanacaqlarda “Wi-Fi” sisteminin quraşdırılmasına gəlincə, nazirlik rəsmisi qeyd edib ki, bunun üçün hələ tezdir:
“Çox güman ki, dayanacaqlarda “Wi-Fi” quraşdırılması aprel-may aylarında reallaşdırılacaq. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi tərəfindən idarə olunacaq “Wi-Fi” sistemi dünya standartlarına cavab verəcək və yüksək sürətli olacaq. Avropa Oyunları başa çatdıqdan sonra da vətəndaşların dayanacaqlardakı “Wi-Fi” sistemindən istifadəsi istisna edilmir".
N.Həsənovun sözlərinə görə “Bakı 2015” Avropa Oyunları üçün nəzərdə tutulmuş yeni avtobusların gətirilməsi məsələsində hər hansı problem olmayacaq: “Manatın devalvasiyası bu məsələlərdə hər hansı çətinlik yaratmır. Avtobuslar gətirilib və gətirilməkdə də davam edəcək. Hansı istiqamətlərdə zərurət olduğunu aydınlaşdırırıq. Belə istiqamətlər müəyyənləşdikcə və zərurət yarandıqca yeni avtobusların alınması davam etdirilir”.
Bakı üçün ilkin mərhələdə Fransa istehsalı olan 302 ədəd avtobus alınıb. Bunlar “Mercedes” markalı mikroavtobuslar və “İVECO” markalı iritutumlu avtobuslardır. Yeni avtobuslar Avropa Oyunlarına gələcək yüksəksəviyyəli qonaqların daşınması üçündür.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.