haberL haberR

"Delta Telecom" daha bir sahədə xidmət təklif edəcək

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 23.09.2015 17:59:04

Şirkət 4G texnologiyası əsasında xidmət göstərməyi nəzərdə tutub

Delta Telecom şirkəti mobil rabitə xidmətləri göstərməyə hazırlaşır.

Delta Telecom telekommunikasiya operatoru ən müasir 4G texnologiyası əsasında xidmət göstərməyi nəzərdə tutub. Şirkət mobil infrastrukturu uzun müddətdən bəri əməkdaşlıq etdiyi Alcatel-Lucent, Ericson və digər istehsalçı şirkətlərlə birlikdə 2.4 GHZ tezlik diapozonunda quracaq.

Qeyd edək ki, bütün ölkə ərazisini əhatə edən 4G şəbəkənin yaxın müddətdə başa çatdırılması nəzərdə tutulur.

Bütün ölkə ərazisini əhatə edən fiber optik şəbəkəyə malik olan Delta Telecom şirkəti eyni zamanda Telecom-İnvest şirkəti ilə əməkdaşlıq edəcək.

Xeberler.az Delta Telecom şirkətinin mobil xidmətlə  bağlı RYTN-dən lisenziya əldə etməsi məsələsini dəqiqləşdirə bilməyib. 

Delta Telecom şirkəti məsələ ilə bağlı yaxın günlərdə ictimaiyyətə daha ətraflı məlumat verəcəyini bildirib.

Delta Telecom 2000-ci ildən telekommunikasiya və informasiya texnologiyaları bazarında xidmət göstərir. Şirkət regionda birinci WiMAX texnologiyası layinəsini həyata keçirib.
Delta Telecom  Qafqazın ən böyük telekommunikasiya operatorudur. Azərbaycanın Milli İnternet operatoru statusuna malik olan, Backbone provayder olan Delta Telecom ölkənin 90 faiz  internet tarfikinə sahibdir.

Xeberler.az mövzunu diqqətdə saxlayacaq.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.