haberL haberR
Azərbaycanda suda boğulan 4 nəfərin meyiti tapılıb

 Azərbaycanda suda boğulan 4 nəfərin meyiti tapılıb.

İslamazeri.az-ın  Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 5-də Mərdəkan qəsəbəsindəki dəniz çimərliyində Gəncə şəhər sakini Akif Məmmədov, Zuğulba çimərliyində Buzovna qəsəbə sakini Ərəstun Əliyev, Tovuz rayonu Qazqulu kəndində Kamran Hüseynov su anbarında çimərkən boğulublar

Şəmkir rayonunun Qaranüy kəndində isə Elvin Piriyev Kür çayında balıq tutarkən yıxılaraq çayda boğulub.

Onların meyitləri sudan çıxarılıb.

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.