haberL haberR

Deputatlarla yol polisi qarşıdurmasına nöqtə qoyuldu

Kateqoriya: Ölkə Yayımlama tarixi: 10.03.2015 16:00:18

Milli Məclisdə də müzakirə mövzusuna çevrilən deputat-yol polisi “qarşıdurması” öz həllini tapıb

İslamazeri.az xəbər verir ki, bu haqda modern.az saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, millət vəkillərinin etirazlarından sonra yol polisləri daha heç bir halda onların əyləşdiyi dövlət seriyalı nömrə nişanı olan avtomobilləri saxlamır, saxlasa belə, əlavə sual vermədən yola salırlar.

Xatırladaq ki, bir müddət əvvəl deputat-yol polisi “qarşıdurması” Milli Məclisin iclasında müzakirəyə çıxarılmış, millət vəkilləri yol polisi tərəfindən qarşılaşdıqları kobudluqlardan dolayı Daxili İşlər Nazirliyinin parlamentdə olan nümayəndəsindən cavab tələb etmişdilər. Bu problem qaldırılarkən hətta deputat Eldar İbrahimov yol polislərini millət vəkillərinin avtomobilinin seriyasını tanımamaqda ittiham etmişdi.

Artıq belə məlum olur ki, həmin etirazlardan sonra bütün yol polisləri təlimatlandırılıb və heç bir halda millət vəkillərinin avtomobillərini saxlamır, saxlasalar belə, maşının kimə məxsus olduğunu bilən kimi dərhal sağollaşırlar.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.