haberL haberR

Dərman qiymətləri ilə bağlı monitorinq keçirildi

Kateqoriya: Səhiyyə Yayımlama tarixi: 29.09.2015 14:00:09

Artıq ilkin nəticələr də açıqlanıb

Azərbaycan Səhiyyə Nazirliyi apteklərdə dərmanların vahid qiymətlə satılmasına başlanıldıqdan sonra İqtisadiyyat və Sənaye Nazirliyi ilə birgə apardığı mpnitorinqlərin ilkin nəticəsini açıqlayıb.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyov bildirib ki, vahid qiymətlərlə satışa çıxarılan dərman vasitələrinin qiymət intizamının yoxlanılması üçün İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarını Müdafiəsi Dövlət Xidməti və SN-nin Analitik Ekspertiza Mərkəzi arasında razılaşma əldə edilib. Razılaşmaya əsasən, sentyabrın 15-dən iki qurum birgə əczaçılıq bazarında qiymət intizamına riayət edilməsi ilə bağlı tədbirlər keçirilir.

Bu tədbirlərin mütəmadi davam etdirləcəyini deyən P.Əzizbəyov qeyd edib ki, indiyədək keçirilən nəzarət tədbirləri zamanı dərman vasitələrinin qiymət intizamı ilə bağlı ciddi pozuntular aşkar edilməyib: “Bu iş ölkədə ilk dəfə aparıldı üçün yeni qiymətlə tənzimlənmiş dərman vasitələri bəzi apteklərə sentyabrın 15-də hələ gəlib çatmamışdı. Amma artıq həmin dərmanlar üzərində təsdiqlənmiş qiymətlər olmaqla, idxalçı şirkətlər tərəfindən apteklərə çatdırılıb”.

SN rəsmisinin sözlərinə görə, aparılan monitoqinlər onu göstərir ki, qiymətləri təsdiqlənmiş 1057 adda dərman hazırda təsdiqlənmiş qiymətlərlə apteklərdə satılır.

P.Əzizbəyov bildirib ki, idxalçılar tərəfindən sentyabrın 15-dək ölkəyə gətiilən dərmanların sırasında qiymətləri təsdiqlənmiş dərmanlar varsa, onlar da Tarif Şurasının təsdiqlədiyi qiymətlə satışa çıxarılmalıdır.

Nazirlik rəsmisi əlavə edib ki, növbəti mərhələdə 55 təsiredici maddə üzrə dərman vasitələrinin qiymət siyahısı təsdiqlənəcək.

P.Əzizbəyov bildirib ki, hazırda satışda olan dərmanların 98 faizi ölkəyə idxal edilir, 2 faiz dərman vasitəsi isə ölkədə istehsal olunur.

Qeyd edək ki, “Dərman vasitələri haqqında” qanuna edilən dəyişikliyə əsasən, dərmanlar qiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısına daxil edilib. Bu il iyul ayının sonunda 25 təsirediciyə malik 256 adda dərmanın, avqust ayında isə 801 adda dərmanın qiyməti Tarif (qiymət) Şurası tərəfindən təsdiqlənib. Ümumilikdə hazırda 25 təsiredici maddə üzrə 1057 dərman vasitəsinin qiyməti Tarif Şurası tərəfindən təsdiqlənib və həmin dərman vasitələri sentyabrın 15-dən tənzimlənmiş qiymətlərlə satışa çıxarılıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.