haberL haberR

"Desəm öldürərlər, deməsəm ölləm!" - Gəncəli ilahiyyatçı Gəncədəki olaylardan yazdı...

Kateqoriya: Ölkə Yayımlama tarixi: 23.10.2015 17:10:19

İmam Hüseyn (ə) şəhəri Gəncə...

Bu şəhərdə baş verənlər hüquqi və demokratik bir ölkənin iddiaları ilə daban dabana ziddir. Bu gün - Tasua Günü- Gəncənin məscidlərində insanların öz dini inanclarının ifadəsinə zorakılıqla qadağalar qoyuldu. Bir qrup məmur öz şəxsi istəkləri ilə müsəlmanlara qarşı dini dözümsüzlük nümayiş etdirirlər. Bəli məhz şəxsi istəkləri ilə.
Belə olmasaydı, Bakı ilə Gəncə arasında yerlə-göy qədər fərq olmazdı. Axı hansı məntiqi və hüquqi əsasla şəhərin mərkəzi came məscidi cümə günü namaza gələnlərin üzünə bağlanır və bu azmış kimi azanın verilməsinin qarşısı alınır?
Qafqaz müsəlmanları idarəsi, Dini Qurumlarla İş üzrə dövlət komitəsi, Daxili İşlər Nazirliyi buyurub buna aydınlıq gətirməlidirlər. Bu ölkədə öz dini inancını ifadə etmək olmazmı? Bu cinayətdirmi?
Daha dəqiq desək məhərrəm ayında matəm mərasimi üçün məscidin içərisindədəmi əzadarlıq etmək olmaz?
Bəlkə daha dərin proseslər gedir? Bəlkə kimlərsə xalqı etiraza sürükləyir? Bəlkə kimlərsə dindarları hakimiyyətə qışqırtmaq və üz-üzə qoymaq istəyir? Bəlkə bu günün dindarından zorla müxalifət yaratmaq istəyirlər?
Lütfən bir çönün Gəncəyə boylanın. Xalqı çaşqınlıqlar içərisində buraxmayın. Qaranlıq məqamları aydınladın. İnanmaqla və inancımızı ifadə etməklə biz cinayət törədiriksə, yerimizi bilirsiz. Bizi qanunla mühakimə edin. 
Çox ehtimal ki, yenə qanundan kənar yollarla, hədə ilə, qorxu ilə üzərimizə yeriyənlər, hətta bu yazıya belə tab gətirə bilməyənlər olacaq.
Ölkə İslamında özünü səlahiyyət sahibi sayanlar, ruhanilik, alimlik, ağsaqqallıq statusunda olan əziz həmvətənlərim, özünü həmdərd sayan hər kəsin buna ağılmərkəzli münasibət bildirmələrini təvəqqe edirəm.

  Vüqar Qarabaği

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.