Digər inqilablarda qarın və şəhvət faktoru rol oynamışdı - İmam cümə

İslamazeri.az-ın İran mediasına istinadən verdiyi xəbərə əsasən, İmam cümə sözlərinin əvvəlində xalqın İran İslam inqilabının ildönümündə çoşğusunu alğışlayaraq, təşəkkürünü bildirib və deyib: “Bu 37 ildə xalqımız Aşura və imam Hüseyn (ə) xəttindən ayrılmayıb. Bizim inqilabımızdan başqa digər inqilablarda qarın və şəhvət faktoru rol oynamışdı. Heç kimin fəqihin vilayətini yuxuda belə görmədiyi bir zamanda inqilabımız baş verdi. İmam Xomeyni öz hərəkəti ilə dinin həqiqətini aşıladı.”
Yaxın günlərdə keçiriləcək olan parlament və “Xobreqan” məsclisinin seçkilərinə də toxunan Ayətullah Siddiqi “Namizədlər bilməlidirlər ki, Allah nəzərə alınmalıdır. Belə olmadığı halda yorğunluqdan başqa heç bir şey ələ gətirməyəcəklər. İmam Xomeyninin də dediyi kimi, inqilabı layiq olmayanlara tapşırmamalıyıq. Göz və qulağımızı açaraq hərəkət etməliyik. Qeyri-praktiki vədlərlə seçkilərdə qalib gəlməyə çalışanlar xalqı aldada bilməzlər”, - deyə danışıb.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.