haberL haberR
Ağdam rayonunda polis əməliyyat keçirib

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən islamazeri.az-a məlumata görə, əməliyyat Ağram rayon polis şöbəsi əməkdaşları tərəfindən həyata keçirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Dadaşlı kənd sakini Pərviz Əhmədovdan 44,2 qram marixuana götürülüb.

Araşdırmalar zamanı narkotik vasitəni ona həmyerlisi Kamil Əliyevin satdığı müəyyən olunub.

Polis K.Əliyevin də evində axtarış aparıb.

Evə baxış zamanı tüfəng və 28 ədəd patron da aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.