haberL haberR

DİN Azərbaycanda tutulan kriminal 'avtoritet'lərin görüntülərini yayıb- (Foto)

Kateqoriya: Kriminal Yayımlama tarixi: 29.01.2015 14:36:16

Daxili İşlər Nazirliyi (DİN) Azərbaycanda tutulan kriminal "avtoritet"lərin görüntülərini yayıb
Onlardan müsadirə olunmuş silah-sursatın görüntüləri də yayılıb.

Görüntülər  DİN tərəfindən təqdim olunub.

Nazirlikdən yanvarın 28-də  islamazeri.az-a verilən məlumatda bildirilib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları cinayətkar dəstənin üzvlərini tutublar.

Araşdırmalarla müəyyən edilib ki, Cinayət Məcəlləsinin qəsdən adam öldürmə, narkotik vasitələrin qanunsuz dövriyyəsi, xuliqanlıq və digər maddələri ilə əvvəllər dəfələrlə məhkum olunmuş şəxslər - Bakı şəhər sakinləri Ceyhun Baxışov, Hacıbala Abbasov və Xırdalan şəhərində yaşayan Etibar Baxşızadə cinayətə meyilli şəxsləri ətraflarına toplamaqla «qanunsuz araşdırmalar» aparıblar. Onlar özlərini cinayətkar aləmin "nüfuzlu şəxsləri" kimi təqdim edərək ayrı-ayrı iş adamlarını təhdid etməklə, qanunsuz olaraq pul yığılması və kriminal aləmin «kassa»sına ötürülməsini təşkil ediblər.

Baxış zamanı hər üç şəxsin üzərindən narkotik vasitə olan heroin aşkarlanıb. Bundan əlavə, C. Baxışovdan «Makarov» tipli tapança, E. Baxşızadənin mənzilindən isə 2 ədəd alışqanı ilə birlikdə əl qumbarası aşkar edilərək götürülüb.

Həmin şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Görüntülər isə yalnız DİN-dən apa-ya təqdim edilib.

DİN Azərbaycanda tutulan kriminal avtoritetlərin görüntülərini yayıb-(Foto)

/haberimaj/habergaleri/8U5F7P7R6C4G.JPG
  1. DİN Azərbaycanda tutulan kriminal avtoritetlərin görüntülərini yayıb-(Foto)

  2. DİN Azərbaycanda tutulan kriminal avtoritetlərin görüntülərini yayıb-(Foto)

  3. DİN Azərbaycanda tutulan kriminal avtoritetlərin görüntülərini yayıb-(Foto)

  4. DİN Azərbaycanda tutulan kriminal avtoritetlərin görüntülərini yayıb-(Foto)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.