haberL haberR

DİN Mingəçevirdə baş verən ölüm hadisəsi ilə bağlı məlumat yaydı

Kateqoriya: Kriminal Yayımlama tarixi: 21.08.2015 12:14:40

B. Hacıyev, qəfildən özünü pəncərədən aşağı atıb və nəticədə hadisə yerindəcə keçinib

DİN Mingəçevir şəhər Polis Şöbəsində saxlanılan şəxsin ölümü ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. Nazirliyin Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov  bildirib ki, avqustun 20-də Mingəçevir şəhər sakini Bəhruz Hacıyev şübhəli şəxs qismində Şəhər Polis Şöbəsinə gətirilib: “İnzibati binadakı xidməti otaqlardan birində əməkdaşlar tərəfindən dindirilən  B. Hacıyev, qəfildən özünü pəncərədən aşağı atıb və nəticədə hadisə yerindəcə keçinib. Mərhumun yaxın qohumlarının iştirakı ilə məhkəmə tibbi ekspertizasında müayinə olunan meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib”.Hazırda faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda cinayət işi başlanıb. “İstintaqın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək” deyə E. Zahidov qeyd edib.Qeyd edək ki, bəzi KİV-də polis tərəfindən saxlanılan B. Hacvıyevin döyülərək öldürülməsi barədə məlumatlar yayılıb. (apa)

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.