haberL haberR

DİN: “Zapravka” işçisini döyən idmançılar buraxılmayıb

Kateqoriya: Kriminal Yayımlama tarixi: 28.01.2016 14:16:05

Məmur qohumunun Meksikaya qaçması barədə şəkil yayılıb.

"Bakıda yanacaqdoldurma məntəqəsinin mühafizəçisini döyən idmançılar İsa Əzizov və Mahir İsgəndərovun azadlığa buraxılması barədə deyilənlər əsassızdır". Bunu ANS PRESS-ə açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə deyib. 

Onun sözlərin görə, faktla bağlı araşdırma davam etdirilir. 
Məlumata görə, bu gün İ.Əzizovun yaxın qohumu Orxan Əzizov ilə birlikdə Meksikaya qaçması barədə məlumat yayılıb. 
Bu xəbərin yayaılmasına əsas verən adıçəkiən şəxsin Facebook səhifəsində paylaşdığı foto olub. Fotoda onların Mexiko hava limanında olduğu qeyd edilib. 

İ.Əzizovun Meksikaya qaçdığını deməyə əsas verən foto

 

APA Nəsimi rayon Məhkəməsində hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə İsa Əzizov və Mahir İsgəndərov barələrində 30 sutka inzibati həbs qərarı çıxarılması barədə məlumat yayıb. Təqsirləndirilən şəxslər məhkəmə qərarından apellyasiya şikayəti veriblər.

Yanvarın 25-i saat 04 radələrində paytaxtın Tbilisi prospektində yerləşən yanacaqdoldurma məntəqəsinə gəlmiş avtomobilin sürücüsü və sərnişini ilə məntəqənin mühafizəçisi Sadiq Bağırov arasında mübahisə yaranıb. Nəticədə avtomobildə olanlar mühafizəçini döyərək hadisə yerini tərk ediblər.
Polis orqanlarının məlumatına əsasən, bir qrup naməlum şəxs Tbilisi prospektindəki yanacaqdoldurma stansiyasının əməkdaşını döyüb. Hadisə nəticəsində YDM-nin keşikçisi, 1988-ci il təvəllüdlü Sadiq Bağırov ağır bədən xəsarəti alıb.

 başda general Məhərrəm Əliyevin idmançı qohumu İsa Əzizov olmaqla bir qrup idmançı tərəfindən yanvarın 26-da gecə iş yerində döyülən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin mühafizəçisi Sadiq Bağırov 
deyib ki, gecə saatlarında “Bentley” markalı maşın yanacaqdoldurma məntəqəsinə daxil olub. "Sürücü pəncərəni açaraq 100 manatlı benzin sifariş verdi. Əməkdaşımız onun xahişini yerinə yetirsə də, həmin şəxslər ödəniş etməkdən boyun qaçırdılar. Hamı üstümə tökülüb məni döyürdü. Özümü müdafiə edə bilmədim. Onlar çox idi, mən tək. “Bentley”dən düşən idmançı əlindəki silahla YDM-in işçilərini hədələməyə başlayıb.
Sürücü qışqırırdı ki, “siz kimsiniz bizi gözlədirirsiniz. Hamınızı güllələyərəm, Bakıda heç kim qabağımda dura bilməz. Sizi pulla basdıraram”. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.