Dindarlar Gəncə Polis İdarəsinin qarşısına toplaşdı (Foto)

İslamazeri.az-ın "AyparaTV"yə istinadən verdiyi xəbərə görə, nu gün Gəncədə polis tərəfindən saxlanılanların (Ötən axşam Şah Abbas məscidində namaz qılmağa gedənlərin) sərbəst buraxılması üçün inanclılar Gəncə şəhər polis idarəsinin qarşısına toplaşıblar.
Gəncə Şəhər Polis idarəsinin qarşısına toplaşanlar saxlanılan şəxsələrin günahsız olduqlarını, məscidə namaz qılmağa getdiklərini və onların döyüldüklərini bildiriblər.
Polis idarəsinin qarşısına qarşısında toplaşanlar bu haqda "Bizim bu gün bura gəlməkdə məqsədimiz, günahsız yerə saxlanılanların sərbəst buraxılmasını sakitçiliklə tələb etməkdir. Bir ölkə bizə çönüb baxsın, bizim qarşıqlıq və xaos yaratmaq fikirimiz yoxdur, biz asayişi pozmuruq. Biz illərdən bura davam edən ənənəvi, Tasua və Aşura mərasimlərini keçirmək istəyirik, iki gündür döyülüb həbs edilirik, sonra deyirlərki guya biz qarışıqlıq yaradırıq, aksiya keçiririk və ya əsayişi pozuruq. Bu hansı müsəlman cəmiyyətində görülüb ki, polis məscidi əhatəyə alıb ağzını bağlasın, azan verilməsin və insanlar ora yaxınlaşıb haqqını tələb edəndədə döyülsünlər. "deyə şikayət ediblər.
Məlumata görə, ötən gün səhər saatlarında Şah Abbas məscidinin qabağında, məscidə girməyə qadağanın olduğunu əsas gətirərək 26 dindar polis tərəfindən saxlanılıb. Saxlanılanlar axşam saatlarında sərbəst buraxılıblar. Ötən gün saat 19: 30 radələrində isə polislə yaranmış qarşıdurmada 80 nəfərə yaxın inanclı (İçərisində Bərdə və başqa ətraf rayonlardan gələnlərdə var) saxlanılıb, onlardan 8 nəfər istisna olmaqla qalanları sərbəst buraxılıb. Qalan 8 nəfər isə bu saatlarda 51 azn, cərimə olunaraq sərbəst buraxılıblar.
Sərbəst buraxılanlar polis şöbəsində onlarla pis davranılmadığını bildiriblər.
Dindarlar Gəncə Polis İdarəsinin qarşısına toplaşdı (Foto)
Dindarlar Gəncə Polis İdarəsinin qarşısına toplaşdı (Foto)
Dindarlar Gəncə Polis İdarəsinin qarşısına toplaşdı (Foto)
Dindarlar Gəncə Polis İdarəsinin qarşısına toplaşdı (Foto)
Dindarlar Gəncə Polis İdarəsinin qarşısına toplaşdı (Foto)
Dindarlar Gəncə Polis İdarəsinin qarşısına toplaşdı (Foto)
Dindarlar Gəncə Polis İdarəsinin qarşısına toplaşdı (Foto)
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.