haberL haberR

Dindarların "təhdid"ini və Nardaranda ölən şəxsin fotolarını yayan eyni şəxsdir (Fotofakt)

Kateqoriya: Maraqlı Yayımlama tarixi: 30.11.2015 20:48:21

“Polis bölməsinə qumbara atacağıq” yazan profilin sahibi, şəhid olan Əkbər Babayevin morqda çəkilmiş fotolarını yayan profillər dindarlara aid deyil."

“SizinYol” xəbər verir ki, Nardaranda baş verən hadisələrdən sonra sosial şəbəkələrdə saxta profillər hazırlanıb və bəzi dindarların profillərinə virus göndərilərək, onların profilləri oğurlanıb. Araşdırmalardan sonra məlum olub ki, dövlətə qarşı səsləndirilən təhdidlər həqiqətən də dindarlar tərəfindən yazılmayıb. “Polis bölməsinə qumbara atacağıq” yazan profilin sahibi, şəhid olan Əkbər Babayevin morqda çəkilmiş fotolarını yayan profillər dindarlara aid deyil. Ortada isə iki ehtimal var. Birinci ehtimal vəhabilərin şiə dindarlarla dövlət arasında yaranan gərginlikdən istifadə edərək şiələrin adından dövlətə təhdidlər yağdırması ehtimalıdır. Onlar bu yolla dindarları terrorçu kimi göstərməyə bu yolla da onların hakimiyyət tərəfindən saxlanılmasına nail olmaq istəyir.

İkinci ehtimal isə işdən kənarlaşdırılan MTN-nin keçmiş rəisinin qalıqları tərəfindən gündəmi dəyişmə cəhdi ola bilər. Çünki Əkbər Babayevin morqda çəkilmiş fotosu professional kamera ilə, tavana yaxın məsafədən, ustalıqla çəkilib. Sual budur ki, dövləti təhdid edən saxta profilin yaydığı bu fotolar onun əlinə necə keçib?! Fotoları morqda kim çəkib?!

Təəssüf ki, Azərbaycanın bir sıra məhşur saytları aldanaraq saxta profillərin ara qatışdıran təhdidlərini Nardaran dindarların ayağına yazır.

Saytlarda gedən həmin yalan xəbərləri oxuculara təqdim edirik:

123445

Taleh7

taleh1

taleh2

Taleh4

Taleh6

Hazırladı: Nigar Məmmədova

 

 

Hər gün izlədiyiniz sayt bloklanıbsa bunu mütləq izləyin və asan yol ilə bloklardan qurtulun

Dindarların təhdidini və Nardaranda ölən şəxsin fotolarını yayan eyni şəxsdir (Fotofakt)

/haberimaj/habergaleri/0V7H9Q0S8D6H.PNG
  1. Dindarların təhdidini və Nardaranda ölən şəxsin fotolarını yayan eyni şəxsdir (Fotofakt)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.