haberL haberR

Diyalə vilayəti İŞİD terrorçularından tam azad edilib

Kateqoriya: Dünya Yayımlama tarixi: 26.01.2015 14:20:48 3381 dəfə oxunub.

İraqın Diyalə vilayəti İŞİD terrorçularından tamamilə təmizlənib

İslamazeri.az-ın “Sana”-ya istinadən verdiyi xəbərə görə, İraq ordusu və yerli özünü müdafiə batalyonları iri miqyaslı hərbi əməliyyat keçirib.

Hərbi əməliyyat nəticəsində ölkənin şərqində yerləşən Diyalə vilayəti İŞİD terrorçularından təmamilə azad edilib.

İraq parlamentində “Bədr” fraksiyasının rəhbəri Qasim Əl-Əraci İraq ordusunun  Diyalə vilayətinin azad edilməsi məqsədilə keçirdiyi iri miqyaslı hərbi əməliyyat zamanı onlarla İŞİD terrorçusunun məhv edildiyini təsdiq edib. İraq ordusu İŞİD terrorçularını təqib etməkdə davam edib. Ordu qüvvələri azad edilən ərazilərdə terrorçuların yerləşdirdiyi partlayıcı qurğuları küçələrdən, evlərdən təmizlənməsi ilə məşğul olur.

İraq ordusunun operativ qərərgahının rəhbəri Əbdul-Əmir Zeydi bəyan edib ki, ordu qüvvələri və istehkamçılar azad edilən yaşayış məntəqələrin küçə və prospektlərdən 500-dən artıq partlayıcı qurğu aşkar edərək zərərsizləşdirib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.