haberL haberR

DMX-nin yaradılmasından 8 il ötür

Kateqoriya: Ölkə Yayımlama tarixi: 19.03.2015 17:23:34

Bu gün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) yaradılmasından 8 il ötür

İslamazeri.az-ın DMX-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu münasibətlə Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş vətən övladlarının unudulmaz xatirəsi yad edilib, "Əbədi məşəl" kompleksinin önünə əklil qoyulub.

Daha sonra Dövlət Miqrasiya Xidmətinin aparatında bu qurumun yaradılmasının ildönümünə, miqrasiya orqanları əməkdaşlarının peşə bayramına  və Novruz bayramına həsr olunmuş təntənəli mərasim keçirilib. Xidmətin rəisi Firudin Nəbiyev qurumun 8 il ərzində fəaliyyəti barədə məruzə ilə çıxış edib. O bildirib ki, bu gün miqrasiya proseslərinin tənzimlənməsində və idarəolunmasında qabaqcıl beynəlxalq təcrübə öyrənilərək tətbiq olunur, müasir dövrün tələbləri nəzərə alınmaqla miqrasiya sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir, kadrların bilik və bacarıqlarının artırılması üzrə təlim və seminarlar keçirilir, müasir texniki avadanlıqlarla təmin edilməklə xidmətin infrastrukturu genişləndirilir. Xidmət rəisi deyib ki, bu ilin yayında ölkədə keçiriləcək 1-ci Avropa Oyunları zamanı da miqrasiya orqanları əməkdaşları öz missiyalarını layiqincə yerinə yetirmək üçün bütün qüvvə və səylərini səfərbər edəcəklər.

Sonda  xidmətdə fərqlənmiş əməkdaşlardan 53-ü fəxri fərman, 7-i “Miqrasiya orqanlarında qüsursuz qulluğa görə” medalı ilə təltif olunub. 42 miqrasiya qulluqçusuna növbəti, növbədənkənar və vaxtından əvvəl xüsusi rütbələr təqdim edilib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.