haberL haberR

Donald Tramp yenə İranla əlaqələri axmaqlıq adlandırdı

Kateqoriya: Dünya Yayımlama tarixi: 21.05.2016 15:59:32

ABŞ prezidentliyinə namizəd olan Donald Tramp İranla qəbul olunan nüvə razılıqlarını axmaqlıq adlandırıb.

İslamazeri.az-ın "Mehr"-ə istinadən verdiyi xəbərə əsasən, İran və Rusiyanı Amerikanın düşməni adlandıran Donald Tramp deyib: "İran və Rusiya Bəşər Əsədi dəstəkləyir. Bu səbəbdən bu iki ölkə ilə mübarizə etməyə ehtiyacımız var. Mən eyni zamanda bütün varlığımla İŞİD-lə mübarizə aparacağam. Suriyaya müdaxilə etməyəcəyəm, çünki mənim əsas hədəfin Əsədlə mübarizə aparmaq deyil."
İranla qəbul olunan razılığa da toxunan Tramp deyib: "Biz bu günədək axmaqcasına qəbul etdiyimiz razılıqlarla bu ölkəni böyük qüdərətə çevirmişik."

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.