haberL haberR

Donald Trump İranla əldə olunan razılığı sərt tənqid edib

Kateqoriya: Dünya Yayımlama tarixi: 22.07.2016 18:07:40

ABŞ prezindetliyinə namizəd olan Donald Trump, İranla əldə olunan razılığı sərt şəkildə tənqid edib.

İslamazeri.az-ın “Presstv”-yə istinadən verdiyi xəbərə əsasən, İranın 5+1 ölkələri ilə əldə etdiyi razılığı, tarixin ən pis razılığı olaraq adlandıran Trump bildirib: “Klintonun yalnış qərar və qəzavətləri dünyada baş verən böranların əsas səbəbidir. Onun Xarici İşlər Nazirliyi vəzifəsindən öncə İŞİD-in dünya xəritəsində yeri yox idi, Libyada sabitlik hökm sürürdü, Misirdə sülh bərqərar, İraqda zorakılıqlar az idi. İran isə sanksiyalardan boğulmaq üzrə idi və Suriya nəzarət altında idi. Bəs, Klintonun bu vəzifəyə gəlməsindən 4 il sonra hansı halların şahidiyik? Klintonun irsi ölüm, məhv olmaq, terrorizm və zəifçilikdən başqa bir şey deyildir.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.