haberL haberR

Dostunun arvadını qaçıran İŞİD saytının əslən azərbaycanlı redaktoru həbs edildi

Kateqoriya: Dünya Yayımlama tarixi: 11.07.2015 18:26:09

Türkiyədə fəaliyyət göstərən İŞİD-ə bağlı saytlardan birinin redaktoru dünən səhər saatlarında İstanbul və Kocaeli polisi tərəfindən həbs edilib

İslamazeri.az-ın verdiyi xəbərə görə, İŞİD-çi, əslən azərbaycanlı olan Abdulqadir Polad dünən səhər saatlarında İstanbul Polis İdarəsinin Terrorla Mübarizə şöbəsinin əməkdaşları ilə Kocaeli Polisinin keçirdiyi birgə əməliyyat zamanı həbs edilib.

Ona qarşı hansı maddələr irəli sürüləcəyi haqda dəqiq məlumat verilməsədə, "terrora dəstək" maddəsilə məhkəməyə çıxarılacağı ehtimal olunur.

Yayılan rəsmi məlumatlara görə, Türkiyə  polisi 30 ünvana əməliyyat keçirərək, 3-ü xarici vətəndaş olmaqla 24 nəfəri həbs edib. Saxlanılanlar arasında İŞİD-çi, əslən azərbaycanlı olan, İŞİD-ə bağlı bir saytın redaktorlarından olan Abdulqadir Polad da var.

Bu terror qruplaşmasına bağlı olan şəxsin istər Türkiyədə, istərsə də Azərbaycanda dezinformasiya və təxribat dolu yazılar yazmaqla məhşur olmuşdu.

Azərbaycanda Gəncədə baş vermiş olayda, şiələri günahlandıran Abdullah Polad, ölkədə sünni-şiə məzhəblərarası qarşıdurma yaratmağa cəhd etmişdi.

Onun bu "məhşur işləri"ndən başqa, yoldaşının arvadını qaçırması da Türkiyə mediasının gündəminə gəlmişdi.

Hətta bu şəxs haqda İŞİD-in digər türkdilli saytı olan "Takvahaber.net" barəsində yazırdı: "Əvvəllər saytımızda redaktorluq edən, sonra da oğurluq etməyə çalışan, bacarmayanda da bizə təqlid edərək və etibarımızı zədələməyə çalışan oğru Əbdülqədir Polad bu dəfə də dostunun 5 aylıq körpəsi olan kəbinli arvadını qaçırıb. Bizdən qovulduqdan sonra özünü "İslam Dövləti"nin (İŞİD) təmsilçisi kimi təqdim edən, özünü "İslam Dövləti"nn Türkiyədəki media sahəsində tək təmsilçisi kimi qələmə verən, insanları internet üzərindən ittiham edən bu şəxs dostunun 5 aylıq körpəsi olan kəbinli arvadını qaçırıb, nəticədə 5 aylıq körpə də kimsəsiz qalıb".


Qeyd edək ki, Abdullah Polad "takvahaber.net" saytından qovulduqdan sonra eyni adlı domenin "com" sonluğu ilə sayt açmış və İŞİD-ə dəstək məlumatları yaymağa başlayır. Daha sonra, bu sayt məhkəmə hökmü ilə bağlandıqdan sonra Polad bir neçə işidçi ilə birlikdə "Ənfal" adlı portal təsis edir. "Takvahaber.net" saytı ilə aralarında yaranan problem İŞİD rəhbərləri tərəfindən həll edilir. Abdulla Poladın dostunun arvadını qaçırma xəbəri  İŞİD-i gözdən saldığına görə, saytdan silinir. Xəbər saytdan silinsədə, axtarış motorlarının yaddaşında qalıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.